Rusiyalı ekspert - “Müzakirə olunan bütün mövzular Dağlıq Qarabağın işğalının sona çatması ilə bağlıdır”

05.02.2019 13:30     Siyasi reaksiya     1022

“Aydın məsələdir ki, bu gün müzakirə olunan bütün mövzuların sonu Dağlıq Qarabağın işğalının sona çatması ilə bağlıdır. Torpaqların işğaldan necə azad olunması üzrə müxtəlif variantlar axtarılır. İstisna deyil ki, torpaqların işğaldan azad olunmasına başlandığı andan rəsmi Bakı və Ankara Yerevanla iqtisadi və siyasi münasibətləri ən geniş formada bərpa edəcək.” 

Bunu "Report"a açıqlamasında Müasir Türkiyəni Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Yuriy Mavaşev deyib. 

Türkiyənin hazırda qonşu ölkələrlə əlaqələrin saxlanılmasında və inkişaf etdirilməsində maraqlı olduğunu deyən ekspert, bunun müəyyən müsbət nəticələrin əldə olunmasına yönəldiyini nəzərə çatdırıb: “Türkiyə qonşularla bağlı müəyyən addımlar atır. Məqsəd isə müsbət nəticələrin əldə olunmasıdır. Qeyd etmək lazımdır ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə sanki durğunluq aradan götürülüb. Əlbəttə, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi beynəlxalq çətin məsələlərin həll onunması üçün daxili və ictimai-siyasi dinamika lazımdır”. 

Y.Mavaşev rəsmi Ankaranın həmişə Bakının yanında olduğunu nümayiş etdirdiyini söyləyib: “Rəsmi Ankara hər zaman Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Vurğulamaq lazımdır ki, Türkiyə Azərbaycan xalqı ilə qardaşlığını heç vaxt qurban verməyəcək. Sadəcə, çevik siyasi xətti və konformizmi bir birindən ayırmağı bacarmaq lazımdır”.
Reaksiya.az

Şərhlər