Prezident İlham Əliyev: "Bu il məcburi köçkünlərlə bağlı çox geniş inşaat proqramları icra ediləcək"

25.02.2019 14:58     Siyasi reaksiya     733

"Bu il məcburi köçkünlərlə bağlı çox geniş inşaat proqramları icra ediləcək".

Bunu Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək: "Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcək".

Reaksiya.az

Şərhlər