XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü aprelin 15-də Moskvada baş tutacaq. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib. O əlavə edib ki, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində iştirak edəcək. Azərbaycan XİN-in mətbuat xidməti də görüşün tarixini təsdiqləyib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar