Azərbaycan və Rusiya hərbi maliyyəçilərinin işçi görüşü keçirilib

12.04.2019 12:53     Siyasi reaksiya     840

Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında 2019-cu il üçün əməkdaşlıq planına əsasən Bakıda “Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi” mövzusunda işçi görüşü keçirilib.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 
Tədbirdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərin və mütəxəssislərin çıxışları olub, qarşılıqlı fikir mübadiləsi aparılaraq qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar