“Rusiyanın vasitəçi dövlətlər arasında qalmasına heç bir ehtiyac yoxdur”

24.04.2019 12:28     Siyasi reaksiya     806

Qabil Hüseynli: “Kremlin mövqeyi beynəlxalq təşkilatlar səviyyəsində pislənməlidir”

“Rusiya Minsk qrupunun həmsədr ölkəlrindən biridir. Lakin bu da bir həqiqətdir ki, Rusiya Qarabağ müharibəsi zamanı ermənipərəst mövqe sərgiləyib və bu gün ermənipərəst mövqeyini davam etdirməkdədir”.

Bunu Moderator.az-a açıqlamasıdna politoloq Qabil Hüseynli bildirib. Politoloqun sözlərinə görə, Rusiyanın həmsədr dövlət kimi Minsk qrupunda təmsilçiliyinə heç bir ehtiyac yoxdur:

“Kremlin ermənipərəst siyasəti təbii ki, Rusiyanın həmsədr dövlət kimi fəaliyyətinə kölgə salır. Bu baxımdan da hesab edirəm ki, Rusiyanın vasitəçi ölkələr arasında qalmasına heç bir ehtiyac yoxdur”.

Q.Hüseynlinin qənaətincə, Rusiyanın həmsədr fəaliyyəti ilə bir araya sığmayan mövqeyi beynəlxalq birlik tərəfindən də qınanılmalıdır:

“Ruslar nə bilirlərsə, nə istəyrilərsə onu da həyata keçirilər, nəticədə bölgələrdə təhlükəli vəziyyət öz mövcudluğunu qoruyub saxlayır. Hesab edirəm ki, Rusiyanın mövqeyi beynəlxalq təşkilatlar səviyyəsində pislənməlidir”.

 

Reaksiya.az

Şərhlər