Şoyqu Bakıya gəlir - Müdafiə nazirlərinin görüşü üçün

28.10.2019 13:56     Siyasi reaksiya     995

MDB müdafiə nazirləri Bakıda toplaşaraq cari hərbi əməkdaşlıq və qarşıda duran məsələləri müzakirə edəcəklər

 Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Reaksiya.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

Reaksiya.az


 

 

Şərhlər

Çox oxunanlar