Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların növbəti mərhələsi başladı

30.01.2020 13:49     Siyasi reaksiya     3265

Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların növbəti mərhələsi başlayıb.
 
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan “Twitter”də məlumat yayıb.
 
O qeyd edib ki, danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edirlər.
 
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar ötən gündən başlayıb və danışıqların ilk mərhələsi yeddi saat davam edib.(oxu.az)
 

Şərhlər