BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

14.07.2020 12:36     Siyasi reaksiya     11102

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterriş Azərbaycan və Ermənistan tərəfini dərhal atəşi dayandırmağa çağırıb. 

“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, bu haqda qurumun rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat yayıb. \

Quterriş insan ölümünə səbəb olan vəziyyətdən narahatlığını ifadə edib. 

Baş katib eyni zamanda, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu vəziyyətin həllində göstərdiyi səyləri dəstəklədiyini əlavə edib.

Reaksiya.az

Şərhlər