Urfan Vəlizadənin qəhrəmanlıqları haqqında filmin çəkilişləri yekunlaşdırdı.

21.11.2017 19:16     Sosreaksiya     1537

Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Bayrağı ordenli Urfan Vəlizadənin qəhrəmanlıqları haqqında filmin çəkilməsi” layihəsini yekunlaşdırdı.

Layihə çərçivəsində Azərbaycan Bayrağı Ordenli aprel şəhidi mayor Urfan Vəlizadənin qəhrəmanlığı haqqında- TƏKİ VƏTƏN SAĞ OLSUN  filmi çəkilib. Layihənin rəhbəri Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Rəfaelqızıdır . 

Layihə rəhbərinin verdiyi məlumata görə filmin çəkilişləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, Urfan Vəlizadənin xidmət etdiyi hərbi hissədə aparılıb. Layihə rəhbəri filmin çəkilişlərində göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir. 

Layihədə həmçinin mayor Urfan Vəlizadənin ailə üzvləri, dostları  gənclərimizə nümunə olacaq bir qəhrəman haqqında xatirələrini dilə gətirirlər. Layihə 3 ay müddətinə icra olunub. 

Filmin təqdimat mərasimi noyabrın 22-də saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Reaksiya.az

Şərhlər