Sumqayıta yeni avtobuslar gətirilir

19.02.2018 17:10     Sosreaksiya     1680

Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən marşrut xətlərindəki bütün köhnə avtobusların dəyişdirilməsinə başlanılıb.

Bu barədə Reaksiya.az-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Sumqayıt Nəqliyyat MMC-in rəhbəri Xannı Rüstəmov deyib.

Qurum rəhbəri bildirib ki, şəhərdaxili və şəhərkənarı marşrut xətlərindəki bütün köhnə avtobuslar mart ayına qədər yeniləri ilə əvəzlənəcək:

"Artıq yeni avtobuslar sifariş verilib. Hissə-hissə avtobuslar gətirilərək marşrut xətlərinə buraxılacaq. Hazırda Sumqayıtda əksər marşrut xətlərindəki avtobuslar yenisi ilə əvəzlənib. 3, 2 və 14 saylı marşrutlardakı avtobuslar isə hələ də köhnədir və standartlara cavab vermir. Bu marşrutlardakı avtobusların yenisi ilə əvəzlənməsi üçün 70 yeni avtobus sifariş verilib. Həmin avtobusların yarısı iritutumlu, qalanları isə kiçiktutumludur".

 

Reaksiya.az

Şərhlər