Ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib

20.02.2018 12:46     Sosreaksiya     1539

Reakiya.az xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli keçirilməsi məqsədilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi tərəfindən ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib.
Düşmənlə təmas xəttində yerləşən bölmələrdə keçirilən görüşlərdə müxtəlif mövzularda söhbətlər aparılaraq şəxsi heyət üçün musiqili proqramlar təqdim olunub və vətənpərvərlik filmləri nümayiş etdirilib.
Tədbirlər zamanı ASAN Xidmətin təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi çərçivəsində orta məktəb şagirdlərinin hərbi qulluqçulara yazdıqları məktublar oxunub və hərbçilər tərəfindən cavablandırılıb.

 

Şərhlər