Aeroporta gedən avtobusların marşurutu dəyişdi

25.04.2018 15:09     Sosreaksiya     1027

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti H1 Express Hava limanı xətti sərnişinlərinə müraciət edib.

Qurumdan  verilən məlumatda bildirilir ki, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları və Sabunçu yol qovşağından, Böyükşor yol qovşağınadək olan hissəsində aparılan yol təmir işləri ilə əlaqədar olaraq H1 Express Hava limanı xətti istiqamətində hərəkət edən avtobuslar müvəqqəti olaraq marşrut xətti dəyişib:

"Bu məqsədlə H-1 Express Hava limanı xətti üzrə hərəkət edən avtobuslar 28 May m\st-ndan D.Əliyeva küç , K.Səfərəliyeva küç, Neftçilər pr., Nobel pr, Zığ yolu, Zığ beton yolu ilə və Hava Limanına və əks istiqamətdə Zığ beton yolu, Zığ yolu, Nobel pr, Xocalı pr (Ş.İ.Xətai m\st-ı), Y.Səfərov küç. 28 May m\s istiqaməti üzrə hərəkət edir".(axar)

Reaksiya.az

Şərhlər