Şərəfli yol... - FOTOLAR

25.06.2018 12:45     Sosreaksiya     1181

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018 -ci ildə elan etdiyi Qrand müsabiqələrində qaliblərdən biri də İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin ,, Qoşa ruhlar Şairlikden şəhidlik zirvəsinə gedən yol,, layihəisdir.Layihə çərçivəsində iki şair-şəhidimiz Nizami Aydın və Mikayıl Vahabzadə haqqında sənədli filmin çəkilişi uğurla yekunlaşmaq üzərədir.İnşallah yaxın günlərdə film tamaşaçılarına təqdim ediləcək.Layihənin rəhbəri Aybəniz Qafarlıdır.

Içimdə bir həsrət bir qürur,nisgil bir sözlə kövrək hisslərlə yola çıxdıq, o yola ki, şeirlərinin hər misrası məni titrədən,göz yaşlarına boğan, dünyadan nakam gedən, toy mağarı qurulmayan,yarımçıq qalan misralar müəllifi şəhid şairimiz Mikayıl Vahabzadənin ilk təhsil ocağı İsmayıllı rayonu şəhid Musa Piriryev adına Tircan kənd tam orta məktəbinə aparırdı.Bizi rayonun Maçaxı və Tircan kənd icra nümayəndəsi Əhməd Məhyəddin oğlu Əhmədov və Bələdiyyə sədri Əhməd İsmayıl oğlu Çələbiyev qarçıladı.Məktəbin həyətinə daxil olduq və çox isti münasibətlə qarşılandıq.Məktəbin direktoru İlqar Səlim oğlu Gərayev bizi məktəbin müəllimlərindən coğrafiya müəllimi Mirzəli Fərzalı oğlu ilə tanəş etdi.Burda olan müəllimlər çox qürurla bu il ali məktətbə imtahan verib 635 bal toplayıb İqtisad Universitetinə daxil olan şagirdlərindən söhbət açdılar.Bizimlə məktəbin fənn kabinələrini gəzib tanış edən müəllimlər bu kəndin, bu məktəbin şəhidlərinə yaratdiqları guşənin önündə ayaq saxlayıb onlar haqqında öz ürək sözlərini dedilər. Gəlişimizin məqsədi nakam şairimiz,aprel şəhidimiz bu məktəbin şagirdi olmuş Mikayıl Vahabzadə və Gəncə şəhərində doğulmuş və 1992 ci ildə torpaqlarımız uğrunda şəhid olmuş şairimiz Nizami Aydının ,, Qoşa ruhlar sairlikdən şəhidlik zirvəsinə gedən yol,, sənədli filmin çəkilişi ilə bağlıdır.onlar buna çox sevindilər.Bu işdə bizə bələdçilik etdilər.Yolumuzu şəhidimizin uyuduğu qəbristanləqdan saldıq.Bir neçə dəqiqənin içində bu kəndin əhalisi böyükdən kiçiyə kimi bizimlə bərabər canını torpağina qurban vermiş şəhidimizin ziyarətinə axışdı.Mikayıl Vahabzadənin məzarının başı üzərində dalğalanan üç rəngli bayrağım sanki dalğalanmağıyla şəhidinə layla deyirdi.
Məzarın baş daşındakı bir bənd şeir diqqətimi çəkdi.

Azərbaycan vətənimdi,
Bu torpağın mehmanıyam.
Fəxr eyləyin, dərd çəkməyin,
Qarabağın qurbaniyam.

Sanki şəhid olacağını hiss etmiş, doğmalarına təskinlik vermişdi Mikayıl.

Şairin yenə bir bəndlə bəlkə də heç kimin bilmədiyi, ürəyinin dərinliyində punhan saxladığı sevgilisinə

Sevgilim,yazıram mən bu məktubu,
Bəlkə də yazdığım son yazıdır buş
Mən ölsəm ağlama, kədərlənmə sən,
Bəlkə onda rahat uyuyaram mən.

Deməklə şəhid olacağını öncədən bəyan etmiş, gözünü belə qırpmadan ölümün gözünün içinə baxmışdır.

Göz yaşları ilə qoy boyun olan bu ana çiçəklərlə bəzənmiş oğul məzarına həsrət baxışlarını qaldırıb gəlişimizə çarəsiz-çarəsiz nəzər salıb bu halı ilə bizə xoşgəldiniz dedi. İlahi, nə qədər aciz hiss etdim özümü bu baxışların önündə.Çarəmiz sadəcə bu anaya sarılıb quru təsəlidən başqa bir şey olmadı. Bir nakam şairin, bir müqəddəs şəhidin böyüdüyü evə gəldik. Gülü, çiçəyi ilə göz oxşayan həyət evində iki - biri yeni tikilmiş biri isə köhnə ev diqqətimi çəkdi. Bizi yeni tikilmiş evə dəvət etdilər.Kənd olsa da şəhər üslubunda, tam təmirli və hər şəraiti olan bu ev yanan könlümü bir daha alova bürüdü. Bu ev Mikayıl üçün tikilmiş, yeni bir ailə üçün qurulmuş, bəzədilmişdi.Gündə min dəfə, milyon dəfə olməsin bəs neyləsin bu ana?..
Beləliklə biz Mikayıl Vahabzadınin otagina daxil olduq. Divardan asılmış iri çərçivədən baxışları bizə sanki bizə baxan bir rəsm sanki bilirdim gələcəksiniz deyirdi bizə.Onun kitab və şəkillər sərgisi olan bu guşə sanki mənim üçün Məkkə, Mədinə idi.Çünki müqəddəs məkan budur.Ən böyük zirvə budur.Haqqında yazılmış kitab, qəzet və jurnallar gün gündən sayını artırmaqla daha da müqəddəs olacaq bu məkan gələcək nəslin ziyarıtgahı olacaq. Çəkilən ,, Qoşa ruhlar şairlikdən şəhidlik zirvəsinə gedən yol,, sənədli film lent yazısında gələcək nəsillərə ötürüləcəyinə əminəm.
Rahat uyu,Şəhidim, qaniniz yerdə qalmayacaq!

 

Reaksiya.az

 

Şərhlər