Gürcüstan həbsxanalarında 92 Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 92 nəfər saxlanılır. 

Bu barədə Gürcüstanın Ədliiyə Naziliyinin cari ilin avqust ayı üzrə hesabatında bildirilib.

Qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 18-i təqsirləndirilən şəxs, 74-ü isə məhkumdur. Təqsirləndirilənlərin 16-sı kişi, 2-si qadın, məhkumların isə 67-si kişi, 7-si qadındır.

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin 16,1%-ni Azərbaycan vətəndaşları təşkil edir.

Qonşu ölkədə 45 ölkənin, ümumilikdə, 572 vətəndaşı cəza çəkir. Onların arasında Türkiyə vətəndaşları (132 nəfər) birinci yeri tutur.

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan Rusiya vətəndaşlarının sayı 66, İran vətəndaşlarının sayı 96, Ermənistan vətəndaşlarının sayı isə 29 nəfərdir. (report)

Reaksiya.az

Advertisement Banner

Şərhlər