Ermənistanın Avropanın pulu ilə həyata keçirəcəyi Sərsəng PLANI: Ağdərəyə qədər...

14.11.2018 15:03     Sosreaksiya     649

Avropalı investorlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarına 100 milyon kapital qoyacaqlar.
Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfindən yaradılmış qondarma rejimin rəhbərinin məsləhətçisi Araik Artünyan deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində Sərsəng su anbarının sağ sahilində yeni su anbarı inşa ediləcək.

“Tikinti işləri bir neçə il davam edəcək. Tikinti işləri bir neçə il davam edəcək, bu su anbarı Ağdərə (Martakert) rayonunun mərkəzini içməli su ilə təmin edəcək. Yeni anbarın inşası suyun Ağdərə rayonunun mərkəzinə çatdırılmasına imkan yaradacaq. Bu, Qarabağda ən böyük xarici layihələrdən biri olacaq”, - deyə o bildirib.


Qeyd edək ki, 2016-cı ildə AŞPA-da Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın işğalçı olduğu təsdiq olunur.

Reaksiya.az

Şərhlər