Ermənistanda parlament seçkilərində qeydə alınan 32 qanun pozuntusu ilə əlaqədar cinayət işi qaldırılmayıb

09.12.2018 17:50     Sosreaksiya     823

 

Ermənistanın İstintaq Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi qaldırmayıb.

"Reaksiya.az" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin Seçki Cinayətləri Departamentinin rəhbəri Kamo Saakyan bildirib.

"Saat 16:00-dək respublikanın İstintaq Komitəsinə bir şikayət daxil olub. O, baxılma mərhələsindədir. Hazırda cinayət işi qaldırılan iş yoxdur", - deyə o bildirib.

Daha əvvəl ölkənin Baş Prokuroluğundan bildirilib ki, qanun pozuntusu ilə bağlı 65 məlumata baxılır. Onlardan 32-də cinayət tərkibi var. 

Reaksiya.az

Şərhlər