Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi

13.12.2018 14:55     Sosreaksiya     793

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.

S.Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan beş tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə sədri (baş həkim) təyin edilib. 

Qeyd edək ki, bundan əvvəl A.Əzizov Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.

Reaksiya.az

Şərhlər