Almaniya erməni mafiyasını ifşa etdi - növbədə kimdir? - ŞƏRH

25.12.2018 14:30     Sosreaksiya     893

Bu yazı ilə heç kimin milli hissinə toxunmaq niyyətimiz yoxdur. Əksinə, əxlaqımızdan doğan sevgini insanlara, xalqlara və millətlərə yaymaq istəyirik. Sevginin yayılmasına isə başlıca maneə yalan və ondan əmələ gələn saxtakarlıq, hiylə və başqa belə törəmələrdir. Bu mənfi xarakter insanlar arasında olduğu kimi, bir etnik qrupa da xarakterik cəhət ola bilir. Bir millətə düşmənçiliyi aşılayanlar sevgidən uzaq olurlar. İkinci Dünya müharibəsi illərində Hitler faşizmi, Üçüncü Reyxlə əməkdaşlıq etmiş Qaregin Njde adlı bir erməni milliyyətçi-ideoloqu mənsub olduğu etnik qrupa bunu təlqin edirdi: “Türklərə qarşı mübarizəsiz gün olmamalıdır. Hər gün türklərə qarşı mübarizə aparmalıyıq”. Bu kin-küdurətlə böyüyənlər heç vaxt azad ola bilməz. Onlar bütün insanlığa düşmən kəsilə bilərlər. Belələrinin sevgisi də, insanlığı da saxta olar. Başqa millətə düşmənçilik ruhunda böyüyənlər dünya üçün fəsadlar yaradar, iğtişaşlar törədərlər. Daim ağlayan, gözü qonşunun həyətində, torpağında olanlar heç vaxt yaxşı ola bilməz. Belə toplumlarda aşağılıq kompleksi var. Onlar uca ola bilmədiklərindən yeri düşən kimi yalanın törəmələri – saxtakarlıq, fırıldaq və hiylə ilə məşğul olurlar.

Deməli, son zamanlar erməni etnik qrupuna məxsus müxtəlif adamların saxtakarlıq nəticəsində cinayətlə məşğul olduqlarına dair xəbərlər yayılır. Alman etnosu dəqiqliyi ilə dünyada ad çıxarıb. Ermənilərin də bu ölkədə böyük fırıldağının üstü açılıb. Almaniyanın ARD ictimai televiziyasında dekabrın 19-da yayımlanan “Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı” sənədli filmi və həmin televiziyanın “Sportschau.de” idman xəbərləri saytında dərc olunmuş “Erməni mərc mafiyası Almaniyada da fəaliyyətdədir” başlıqlı məqalə həmin saxtakarlıqdan bəhs edir. Yazıda Almaniyadakı erməni mafiya şəbəkəsinin idman mərclərinin manipulyasiyası yolu ilə gəlir əldə etməsi barədə xəbər verilir. Orada qeyd edilib ki, erməni mafiyası mütəşəkkil cinayətkarlığın ən qorxunc və ən təhlükəli qruplaşmalarından hesab olunmaqla yanaşı, bu şəbəkə bütün Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərir. Məqalədə vurğulanıb ki, bu cinayətkar şəbəkə futbol, həndbol, basketbol, voleybol, tennis və digər idman oyunları üçün keçirilən mərclərdə qanunsuz manipulyasiyalar etməklə gəlir əldə edir. Yazıda xatırlanıb ki, 2008-ci ildə Almaniyada futbol oyunlarında olan manipulyasiyaları araşdırmaq məqsədilə Boxum polisi tərəfindən yaradılmış “Soko Flankengott” adlı əməliyyat qrupunun aparıcı şəxslərindən biri, kriminal polis əməkdaşı Mixael Bahrs erməni cinayətkar qruplaşmalarının Almaniyada dələduzluq yolu ilə gəlir əldə etdiyini təsdiqləyir. O, idman mərclərinin manipulyasiyası üzrə aparıcı mütəxəssislərdən hesab olunur və onun bu işlərlə məşğul olan cinayətkar ünsürlər arasında böyük xəbərçi şəbəkəsi mövcuddur. ARD televiziyasının erməni mafiyası daxilində anonimliyi qorunan mənbəyə istinadən təqdim etdiyi məlumata əsasən, erməni mafiyası müxtəlif idman növlərində yaxşı transmilli əlaqələrə malikdir və xüsusilə keçmiş şərq blokuna daxil olan ölkələrdən olan idmançılarla əlaqələr hesabına idman oyunlarının mərcində manipulyasiyalar edilir. Həmin mənbənin ARD-yə təqdim etdiyi siyahıda erməni mafiyasının Almaniyadakı üzvlərinin mərclərdən qazanmaq metodları öz əksini tapır. Siyahıda üç gün ərzində Ermənistanda futbol oyunları, Asiya ölkələrinin Asiya Futbol Çempionatı, peşəkar tennis yarışları, Rusiyanın həndbol və basketbol yarışlarında 28 idman oyununun mərc edilməsinin təfərrüatı, həmin mərclərdən qazanılmış məbləğlər qeyd olunub. Oyunların manipulyasiyası hesabına 28 oyunun hamısında erməni mafiyası tərəfindən verilmiş proqnoz doğru çıxıb. Həmin mənbənin verdiyi məlumata görə, mərc sindikatları bir neçə təbəqədən ibarət olur. Sindikatın mərkəzində “xaç atası” dayanır. Onun göstərişi ilə “fixer” adlandırılan şəxslər idman oyunlarının manipulyasiya edilməsi üçün idmançıları, idman funksionerlərini və hakimləri rüşvətlə ələ alır. Erməni mafiya şəbəkəsi smartfon proqramları vasitəsilə manipulyasiya edilmiş oyunlar barədə məlumat mübadiləsi edir. Şəbəkənin “runner” adlandırılan üzvləri müxtəlif bukmeyker ofislərinə gedərək və ya internet üzərindən həmin oyunları mərcə çıxarırlar. Bu proses eyni zamanda Almaniyanın müxtəlif şəhərlərində baş verir. Bukmeykerlərin “runner”lərin şəxsi məlumatlarını qeydə almaması şəbəkə üzvünün anonim qalmasını təmin edir. “Runner”lərin sayı çox olduqca, sindikatın da gəliri artır. Məlumata görə, ən çox Cənub-Şərqi Avropa ölkələrindəki futbol oyunları, xüsusilə həmin oyunlar hələ davam edərkən qoyulan mərclər manipulyasiya olunur. Canlı oyunların mərci zamanı hər bukmeykerdən bir oyuna görə 300-500 avro qazanc əldə edilsə də, bukmeykerlərin kütləviliyi hesabına ümumi gəlir böyük olur. Bəzən bukmeyker oyun üçün müəyyən edilmiş əmsalın həddən artıq böyüklüyünə görə oyunun manipulyasiya edilməsindən şübhələnərək əmsalı aşağı endirir, yaxud həmin oyunun mərcini öz sistemindən çıxarır. Bu vaxt “runner”lər dərhal başqa bukmeykerə üz tuturlar.

Bu arada polis erməni mafiyasının bu fəaliyyəti ilə əlaqədar cari ilin iyun ayında Brüsseldə əməliyyat keçirmiş, 21 mənzildə axtarış aparmış, nəticədə oyunları mərcə çıxarılan Belçika tennisçilərinə məğlub olmaq üçün rüşvət verildiyi faktı aşkarlanmışdı. Həmin mərclərin manipulyasiyasına görə 13 şəxs həbs edilmiş, 6 erməniyə qarşı ittiham irəli sürülmüşdü. “ARD”nin mafiyadakı anonim mənbəyinin məlumatına görə, Almaniyadakı erməni mafiyası Belçikadakı erməni mafiyası ilə idman mərclərinə dair məlumat mübadiləsi edir. Belçikadakı polis əməliyyatından sonra izi itirmək məqsədilə bu əlaqələrə bir müddət son qoyulub, amma bir neçə aydan sonra şəbəkənin fəaliyyəti tam bərpa olunub. Yeri gəlmişkən, Almaniyadakı erməni mafiyasının törətdiyi cinayət əməllərində Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın adı hallanır. Araşdırmada qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurları Almaniyada "qanuni oğrular"ın başçılıq etdiyi erməni mafiyasına himayədarlıq edib. Oxşar polis əməliyyatları və axtarışlar Almaniya, ABŞ, Fransa, Bolqarıstan, Slovakiya və Niderlandda da həyata keçirililib. Dekabrın əvvəlində isə İsrail polisi ölkənin Səhiyyə Nazirliyindən Ermənistanda 3 universitetdə verilmiş saxta diplomlar əsasında lisenziya almaqda şübhəli bilinən 40 həkim və əczaçını saxlayıb. Onların diplomlarının saxta olduğu müəyyən edilib. İsrail parlamentində təhsil problemlərinin müzakirəsi zamanı Ermənistanda saxta diplom alan "həkimlər"in İsrailin səhiyyə sistemi üçün təhlükə törətdikləri vurğulanıb. Bu fakt sübut edir ki, bu etnosun təmsilçiləri saxtakarlığı ilə İsrail dövlətinin vətəndaşlarının sağlamlığına ziyan vurmaqla məşğul olublar. Səhiyyə sahəsi bir dövlətin milli təhlükəsizliyinin başlıca tərkib hissəsidir. Onda belə çıxır ki, Ermənistanda verilən diplomlar İsrailin təhlükəsizliyini hədəfə alıb. İsraildə bu diplomları “Qətl lisenziyası” da adlandırırlar.

Eyni zamanda cari ilin iyununda İspaniya polisinin “erməni mafiyası” adlı cinayətkar qruplaşmaya qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 6-sı “qanuni oğru” olmaqla 142 erməni etnik qrupunun nümayəndəsi tutulub. Müəyyən edilib ki, erməni mənşəli cinayətkar qruplaşma narkotik maddələrin qanunsuz dövriyyəsi, silah alveri, tənbəki qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah ticarəti zamanı korrupsiya və Avropada törədilən başqa cinayətlərlə əlaqəlidir. Əməliyyat İspaniyanın Barselona, Madrid, Valensiya, Alikant, Albaset və başqa şəhərlərində keçirilib. Məlumata görə, bu cinayətkar qruplaşmanın üzvləri Ermənistan əsillidir. Onların ABŞ, Fransa, Belçika, İtaliya və Litvada şübhəli əlaqələri var. Bundan əlavə, cari ilin avqustunda erməni mənşəli kinoprodüser Stepan Martirosyan Rusiya hüquq-mühafizə orqanları tərəfindən dələduzluqda ittiham edilmişdi. Onun 50 milyon dolları qanunsuz mənimsədiyi məlum olub.

 

Yeri gəlmişkən, erməni etnosunun təmsilçilərinin səhiyyə sistemində etdikləri daha bir fırıldağı yada salmaq istədik. 2016-cı ilin yanvarında ABŞ-ın Los Ancelos şəhərinin erməni sakini Ovik Simityan mənimsədiyi 1,7 milyon dolları geri qaytarmaq şərtilə 78 ay azadlıqdan məhrum edilib. O.Simityan və ortağı ABŞ-ın Qleyndel şəhərinin erməni sakini, 49 yaşlı Anait (ona Anna və Enn də deyirlər) Şatvoryanla birlikdə "Medicare" sığorta şirkətinin adından istifadə edərək dələduzluq yolu ilə pul mənimsəyirmişlər. Məlumata görə, "Columbia Medical Group Inc.", "Life Care Medical Clinic" və "Safe Health Medical Clinic" klinikaları, faktiki olaraq, Anaitə məxsus olub. Klinika lisenziyalı həkimin adına sənədləşdirilsə də, müəssisəni özü idarə edib. Onlar 15-dən çox pasiyentin adından saxta sığorta sənədləri hazırlayıblar. Prokurorluğun məlumatına əsasən, O.Simityan və A.Şatvoryan yuxarıda adları göstərilən üç klinikanın hesabına 4 milyon 526 min 791 dollar köçürdərək saxtakarlıq yolu ilə oradan 1 milyon 668 min 559 dollar əldə ediblər. A.Şatvoryan isə 4 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Beləliklə, erməni etnosuna məxsus cinayətkar qruplaşma əldə etdiyi böyük maliyyə resurslarını Almaniya da daxil olmaqla Avropa ölkələrində, Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında siyasətçilərin ələ alınmasına, onların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin təşkilinə, Avropa ölkələrinin mətbuat orqanlarında Azərbaycana qarşı kampaniyaların aparılması kimi çirkin işlərə də sərf edir. Əslində, erməni mafiyası erməni lobbisidir. O, yetərincə siyasiləşmiş radikal təşkilatdır. Brüsseldə erməni mafiyasının "xaç atası" brilliyant biznesi ilə məşğul olan Kaspar Karampetyandır. İsveçrədə isə erməni mafiyasının "xaç atası" rolunda çıxış edən şəxs dünyaca məşhur Frank Müller saatlarının istehsalçısı, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri talan edən Vartan Sermakesdir. Görünür, illər uzunu Avropa İttifaqının aparıcı dövləti sayılan Almaniyanın hüquq-mühafizə orqanları dövlət üçün təhlükəli olan erməni mafiyasının cinayətlərinə göz yumub. Ancaq gec də olsa, onların fəaliyyəti ifşa edilir. O zaman ümid etmək olar ki, qitənin paytaxtı sayılan, NATO və Avropa İttifaqının baş ofisinin yerləşdiyi Belçika və dünyanın əsas bankları yerləşən İsveçrə polisləri də adları çəkilənlərin fəaliyyətini araşdıracaq.

Nəhayət, kimin, hansı etnik qrupun təmsilçisinin, hansı dinin nümayəndəsinin və s. törətməsindən asılı olmayaraq, bütün cinayətlər istənilən dövlətin təhlükəsizliyini təhid edir. Qanunsuz yolla qazanılan maliyyə həmin ölkələrə problem yaradır, beynəlxalq nüfuzunu sarsıdır. Erməni mafiyasının Avropada at oynatmasının acı nəticəsini bu qitədəkilər gec biləcək. Hələlik bu cinayətkar qrupdan Azərbaycan da daxil olmaqla başqa dövlətlərə qarşı istifadə olunur. Bir gün Avropanın qoynunda bəslədiyi erməni mafiyasının fəaliyyəti bumeranq effekti verəcək. Bunu tarix sübut edib. Görünür, onlar okeanın suyunun şor olduğunu özləri bilmək istəyirlər.

Reaksiya.az

Şərhlər