Türkiyədə 55 bıçaq zərbəsi ilə öldürülən Qənirənin meyiti Azərbaycana göndərildi - FOTOLAR

05.01.2019 16:46     Sosreaksiya     886

Türkiyədə sevgilisi tərəfindən 55 bıçaq zərbəsi ilə öldürülən 24 yaşlı Qənirə Cabbarovanın cəsədi dəfn olunması üçün Azərbaycana göndərilib.

Reaksiya.az yerli KİV-ə istinadən məlumatına görə, onun doğulduğu Gəncə şəhərində torpağa tapşırılacağı bildirilib.

Xatırladaq ki, yanvarın 3-də Qənirə 24 yaşlı sevgilisi Halil Acar ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub.

Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər. Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub. Halil Acar qəsdən adam öldürmə maddəsi ilə ittiham edilərək, həbs olunub.

Şərhlər