Azərbaycanda qriplə bağlı SON VƏZİYYƏT - NAZİRLİK AÇIQLADI

28.01.2019 12:39     Sosreaksiya     752

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, hər hansı qripəbənzər, yaxud ağırgedişli respirator infeksiyalı xəstələrdən laborator müayinələr götürülür. Bu payız–qış mövsümü ərzində götürülən müayinə materialı arasında tək-tək hallarda mövsümü qrip virusları aşkarlanıb. Qrip virusuna yoluxanlar arasında ölümlə nəticələnmə halı baş verməyib.

A.Əliyeva qeyd edib ki, qonşu Gürcüstanda H1N1 virusunun olması ilə bağlı Azərbaycanın sərhəd-keçid məntəqələri məlumatlandırılıb. Xəstəliyin ölkəyə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülür:

“Hər hansı yüksəktemperaturlu şübhəli xəstə olarsa, onların aşkarlanması və izolyasiyası üçün sərhəd məntəqələrində şərait var. Eyni zamanda, yerlərdə də tibb müəssisələri tərəfindən epidemioloji nəzarət tədbirləri aparılır”.

Reaksiya.az

Şərhlər