Sədr açıqladı: 155 brusellyoz, 31 quduzluq...

31.01.2019 12:57     Sosreaksiya     716

Qida Təhlükəsizliyi Agentliyində hazırda 800 ştat var.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Q.Təhməzli agentliyin iyulun 1-dən 31 yanvara qədər olan fəaliyyəti və görülən işlərdən danışıb:

"İlk olaraq 25 regional bölmə nəzərdə tutduq, daha sonra 11 bölməyə çevirdik. İyulun 1-dən Qida Təhlükəsizliyi İnstitutunun tərkibində 21 sınaq laboratoriya fəaliyyətə başlayıb və 6 ay ərzində laboratoriyalarda monitorinqlər keçirilib, 150 laboratoriyalarda təhlil aparılıb".

İlk vaxtlarda bu sahədə Azərbaycanda kadrların azlığına toxunan sədr bildirib ki, buna görə də ilk 6 ayda kadrların təlim-tədrisi aparılıb və işlək bir qrup əmələ gəlib:

"Azərbaycanın bütün regionlarında bizim yüzlərlə vətəndaşlarımız müsahibəyə cəlb edilərək işlə təmin olunub. Xaricdə təhsil alan həmvətənlərimiz də bizə müraciət ediblər".

Sədr qeyd edib ki, bu aylar ərzində agentliyə 21797 nümunə daxil olub:

"1305 halda müxtəlif mənşəli infeksion və invazion xəstəliklər tapılıb. Bunlardan 155 halda brusellyoz, 101 halda pastrelyoz, 31quduzluq və digər xəstəliklər tapılıb. 2030 xəbərdarlıq edilib, 30 ton bal dövriyyədən çıxarılıb.

34.2 ton məhsul ixracatçı ölkəyə geri qaytarılıb. 34492 kq mənşəyi məlum olmayan ət aşkar edilib".

Reaksiya.az

Şərhlər