Niyazi Bayramov şəhid ailələri ilə görüşdü

06.02.2019 15:54     Sosreaksiya     863

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb. Görüşün əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Femida az-ın məlumatına görə, Niyazi Bayramov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Fərmanına əsasən şəhid vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi, şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. O bildirib ki, görüşün keçirilməsində məqsəd şəhid ailələri və Qarabağ əlillərinin təklif və şikayətlərinə baxılması, onların ehtiyaclarının mümkün şəkildə təmin edilməsidir. Şəhid ailələri və Qarabağ əlillərinin müraciətləri dinlənilib. İşlə təminat, sanatoriyalara göndərişlərin verilməsi, müailəcəyə ehtiyyacı olanların həkim nəzarətinə götürülməsi, qəzalı evlərin təmiri kimi məsələlər səslənən müraciətlərin əsasını təşkil edib. Görüşdə su, qaz və elektrik enerjisi ilə təminatla bağlı da şikayətlər səsləndirilib. Səslənən müraciətlər tək-tək dinlənilib. Dilə gətirilən problemlərin bir çoxunun dərhal həll edilməsi, digərlərinin isə araşdırılaraq aradan qaldırılması istiqamətində aidiyyatı qurum və təşkilatlara müvafiq tapşırıqlar verilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar