“63 yaşlı AzTV”-QHT rəhbərlərinin TƏƏSSÜRATLARI

13.02.2019 16:29     Sosreaksiya     1045

Reaksiya.az Sosialxəbər.az-a istinadən bildirir ki, Azərbaycan Televiziyasının yaranmasından 63 il ötür. Bu əlamətdar günülə bağlı Vətəndaş cəmiyyətinin rəhbərləri arasında sorğu keçirilib. QHT rəhbərlərinin Azərbaycan Televiziyası barədə fikirlərini təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev:

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri həm də milli diasporumuzun təşkilatlanması və inkişaf etdirilməsinə nail olmaq idi. Dünya azərbaycanlılarının vahid mərkəzdə birləşməsi ideyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ideyanın daha geniş vüsət alması, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların axtarılıb onların barəsində verilişlər hazırlanması missiyasını da məhz AzTV öz üzərinə götürdü.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqov :

AzTV qədim Odlar Yurdunun tarixini, Azərbaycan həqiqətlərini dünyaya peşəkarlıqla çıxarır. Ana dilimizin inkişafında, mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynayır.

Ortaq Dəyərlər ictimai birliyinin sədri Aqil Camal:

Azərbaycan Televiziyasının səhifələrində tariximizin izlərini görərik. AzTV-nin efirini bir-birindən maraqlı, rəngarəng verilişlərin bəzəməsi bu ənənənin inkişaf etdirilməsindən xəbər verir. Azərbaycan Televiziyası həm rəsmi xəbərin ilk qaynaqdan çatdırılmasında, ölkənin ictimai-siyasi, sosial həyatının ən aktual problemlərin həllində, eləcə də tariximizin, elmimizin, mədəniyyətimizin, idmanımızın təbliğində, vətəndaşlarımızın maarifləndirilməsində böyük rol oynayır.

Əliliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək ictimai birliyinin sədri Səbinə Kərimova:

AzTV digər televiziyalardan çox fərqlənir. Televiziya proqramlarında keyfiyyət, ciddilik, maarifçilik, dövlətçilik ruhu yaşadılır. Azərbaycan Televiziyasında ana dilində gözəl, səlis və anlaşıqlı danışılır. Görünür yaradıcı heyət də bacarıqlı , yüksək intellektli, savadlı və dünyagörüşü olan əməkdaşlardan formalaşdırılıb.

Beynəlxalq İnformasiya və Regional Araşdırmalar ictimai birliyinin sədri Zaur Qəriboğlu :

Azərbaycan Televiziyasının salnaməsinin səhifələrində tariximizin izlərini görərik. Son zamanlar AzTV-nin efirini bir-birindən maraqlı, rəngarəng verilişlərin bəzəməsi bu ənənənin uğurla davam etdirilməsindən xəbər verir. Azərbaycan Televiziyasında çalışan hər kəsi təbrik edirəm. Vətən naminə fəaliyyətlərində uğurlar diləyirəm.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı:

AzTV məktəbdir. Onun öz ənənələri, informasiya yayımına və sənətə münasibətdə klassik mövqeyi var. AzTV hər zaman dövlətçilik prinsiplərini dəstəkləyib. AzTV-nin veriliş və reportajlarında təsvir və mətn qüsuru tapmaq faktiki olaraq mümkün deyil. Redaktor və rejissor işi mükəmməldir. Bu televiziyadakı bütün başqa proqramlar kimi, hərb-vətənpərvərlik verilişləri də əsasən strateji hədəflərə tuşlanıb. Yayımlanan maarifləndirici proqramlar müasir gəncliyin sağlam ictimai-siyasi tərbiyəsinə, vətənə və dövlətə bağlılıq hislərinin möhkəmləndirilməsinə layiqli töhfələr verir.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurası İH-nin üzvü Azər Həsrət:

AzTV Azərbaycan dövlətinin ən əsas təbliğat vasitəsidir. Bu TV özünün milliliyilə seçilir. Həmişə dövlət maraqlarından çıxış edib. Efiri rəngarəngdir, operativdir. Hər zaman verilişlərdə iştirak etmək imkanlarımız yüksəkdir. Qonaqlara çox diqqətlə yanaşılır. Bir tamaşaçı olaraq məni qane edir.

Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Vətəndaşların Sosial Rifahı Naminə ictimai birliyin sədri İradə Rizazadə:

AzTV-də aparılan gəncləşdirmə siyasəti, televiziya və radio verilişlərinin yeni ruhda və daha müasir texnoloji vasitələrlə təqdim olunması, proqramların milli maraqlar və müasir standartlar çərçivəsində hazırlanması tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Dünya Azərbaycanlıları Vətənpərvərləri ictimai birliyinin sədri Nəsimi Qarabağlı Həsənov :

Həqiqətən AzTV dövlətimizin tarixini, Azərbaycan həqiqətlərini dünyaya peşəkarlıqla çıxarır. Ana dilimizin inkişafında, mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynayır.

İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az QHT.TV-nin baş redaktoru Cəsarət Hüseynzadə:

Azərbaycan Televiziyasına ailənlə rahat əyləşib baxa bilərsən. Çünki burada mənəvi dəyərlər ön plandadı. Elə televiziyalar var ki, göstərdikləri proqramlarda kanalı dəyişməli olursan, çünki həmin material milli mentallitetimizə uyğun deyil. Bu televiziyanın proqramlarında millilik əsas şərtdi. Gənclərin vətənpərvərlik tərbiyəsində də bu televiziyanın xidməti əvəzsizdir.

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədr müavini, şəhid atası Sabir Mirzəyev:

Bu televiziyadakı bütün başqa proqramlar kimi, hərb-vətənpərvərlik verilişləri də əsasən strateji hədəflərə tuşlanıb. Yayımlanan maarifləndirici proqramlar müasir gəncliyin sağlam ictimai-siyasi tərbiyəsinə, vətənə və dövlətə bağlılıq hislərinin möhkəmləndirilməsinə layiqli töhfələr verir. Azərbaycan Televiziyası gözümüz önündə inkişaf etdi. Bu televiziyanın uğurları elə bilirəm ki, hər bir vətəndaşın uğurudu. Çünki hər gün evimizin qonağı olan televiziya bizə bütün xəbərləri çatdırır.

Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İB-nin sədri Şəbnəm Rəfaelqızı:


İnanıram ki, arzusunda olduğumuz Qələbə xəbərinin müjdəçisi məhz Azərbaycan Televiziyası olacaq. Bayramınız mübarək əziz televiziya işçiləri!

Hazırladı :
Şəbnəm Rəfaelqızı

Reaksiya.az

Şərhlər