“İşğalın sonunu Güney Azərbaycandan başlamaqla…” – Alimdən ilginc iddia

15.02.2019 13:13     Sosreaksiya     959

“Bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı başlayır. Fevralın 17-dək davam edəcək konfransda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfərin, o cümlədən 35 dövlət və hökumət başçısının, 80 müdafiə və xarici işlər nazirinin iştirak edəcəyi xəbər verilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Münhen konfransında dünyanın təhlükəsizliyi üçün narahatlıq yaradan 10 problemin sırasına Dağlıq Qarabağ münaqişəsi daxil edilməyib”.

Teleqraf.com xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.

O qeyd edib ki, bu gün dünya üçün ən böyük təhlükə həm də Dağlıq Qarabağ münaqişəsidir:

“Göründüyü kimi, dünyanın iri gücləri yenə də ikili standartlardın çıxış edirlər. Bu, həm də onların Rusiya faktorundan ehtiyat etməsi ilə bağlıdır. Dünyanın iri güclər yaxşı bilirlər ki, bu münaqişənin həll olunmamasının əsas günahkarlarından birincisi Rusiyadır. Bu günlərdə Real TV-də çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, “İndi güc kimdədirsə, o da haqlı olur”. Əslində, çox doğru mövqedir. Kim güclüdürsə, onun üçün beynəlxalq qanunlar əhəmiyyət kəsb etmir. Bu da bizə əlavə rıçaqlar verir.

Regionda biz günü-gündən güclənirik. Bu gün Azərbaycan ordusu İrəvana qədər irəliləyə bilər. Bunu nəzərə almalıyıq.

Bizi Kollektiv Təhlükısizlik Müqavilə Təşkilatına çəkənlər, Azərbaycan-Ermənistan “dostluğu”nu təbliğ edənlər sıradan çıxarılmalıdır. Televiziya və radioda vətənpərvərlik verilişləri artırılmalıdır, şou əhli oradan uzaqlaşdırılmalır. Ölkə başçısı da bildirdi ki, əsas hədəfimiz milli maraqlardır və biz ərazi bütövlüyümüzü təmin edəcəyik”.

Dilavər Əzimli hesab edir ki, Azərbaycan beynəlxalq aləmdə baş verən proseslərdən yararlanmalıdır:

“Bu gün bu proseslər bizim xeyrimizə işləyir. Buna görə də Dağlıq Qarabağın qaytarılması barədə dərindən düşünməliyik. Zaman buna doğru irəliləyir. Bu zamandan istifadə edə bilməsək, hər şey bitə bilər. Onda Dağlıq Qarabağdan İrəvan kimi, Zəngəzur kimi xatirələr danışacağıq. Buna görə də işğaldan qurtulmaq üçün bütün resursları işə salmalıyıq.

Bu resurslardan biri də Azərbaycanın Güneyidir. Güney bizim üçün ciddi rol oynaya bilər. Bu gün bütün güneylilər Azərbaycan prezidentini öz prezidenti hesab edir. Düşünürəm ki, bu, adi məsələ deyil. Biz bölgədə gücə çevrilməklə bölgənin taleyində ciddi rol oynayan dövlət ola bilərik”.

 

Şərhlər