DEPUTATLAR TOPLANDI - PARLAMENTİN İCLASINDA PENSİYALARLA BAĞLI QANUN MÜZAKİRƏ OLUNUR

19.02.2019 12:32     Sosreaksiya     910

 

 

Milli Məclisin növbəti iclası keçirilir. "Sherg.az”ın məlumatına görə, iclasın gündəliyinə 27 məsələ daxil edilib.
Qeyd edək ki, müzakirəyə çıxarılan əsas qanun layihələrindən biri pensiyalarla bağlıdır. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.
 
Layihəyə əsasən, "Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:
 
"Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
Maddənin hazırki mətni isə belədir: "Əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur”.
Dəyişiklik layihəsi bu gün deputatların müzakirəsinə çıxarılacaq.
 
Bu dəyişiklik nəticəsində Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq və nəticədə 233 min nəfərin pensiyasında artım olacaq.
 
Ümumilikdə 233 min pensiyaçıdan (o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxs) 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq.
 
Pensiyanın minimum məbləğinin artımı 2019-cu il 1 mart tarixindən hesablanacaq.

Şərhlər