Milli Şuranın mitinqinə niyə İCAZƏ VERİLMƏDİ? - SƏBƏB

Ötən gün Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verməyib.

Milli Şuranın fevralın 23 nə təyin etdiyi mitinqə icazə verilməməsinin səbəbləri məlum olub.

Belə ki, Yanvarın 19 da müxalifətin keçirdiyi mitinqdə ictimai asayişin pozulması, mitinq iştirakçılarının nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanuni tələblərinə müqavimət göstərilməsi faktlarının araşdırılması hələ başa çatmayıb. Mitinqin təşkilatçıları isə belə halların təkrarlanmamasına dair üzərlərinə heç bir məsuliyyət götürmürlər və bunda maraqlı deyillər.

Belə olan halda, BŞİH hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir və hüquq mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi tövsiyə edir. Həmçinin, mitinqin təşkilatçıları hər hansı qanun pozuntusuna yol verilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər. Məhz bu səbəblərdən müxalifətin 23 fevral tarixinə təyin etdiyi aksiyalara rəsmi icazə verilməyib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər