Prezident fərmanı ilə məhkəmə islahatları: proseslərin audioyazısı aparılacaq

Xəbər verildiyi kimi ötən gün prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqda” əhatəli fərman imzalayıb. 

Fərman sahibkarlıq fəaliyyəti ilə mübahisələrə baxmaq üçün xüsusi məhkəmələrin yaradılmasından tutmuş hakimlərin maaşlarının kəskin artırılmasına qədər bir çox məqamları nəzərdə tutur.

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, fərmanın ən mühüm məqamlarından biri də məhkəmə proseslərinin audio-yazısının aparılmasına dair müddəadır. 

“Əlbəttə, videoçəkiliş də əksini tapsaydı sənəddə, daha yaxşı olardı. Amma indiki halda audio da işə yarayır. Yoxsa məhkəmələrdə biabırçılıq idi, tərəflərin dediklərini necə istəyirdilər, elə də yazırdılar. Sən də sübut edə bilmirdin ki, mən bunu belə yox, belə demişəm. Hesab edirəm ki, bundan sonra, sərəncamın tətbiqi başladıqda bu sahədə biabırçılıqlara son qoyula bilər»-Əkrəm Həsənov “Azadlıq” radiosuna açıqlamasında deyib.

Ə.Həsənovun fikrincə, sərəncamın ikinci müsbət cəhəti orada məhkəmə qərarlarının mütləq dərc olunması ilə bağlı məsələyə yer verilməsidir: «Düzdür, bununla bağlı keçən ilin sonlarında da sərəncam verilmişdi. Amma 4 ay keçsə də, hələ də məhkəmə sistemi buna əməl etmir, amma indiki sərəncamda bu mütləqləşdirilir».

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar