Alimlər həyəcan təbili çaldı.. - Yeniyetmələr gündəlik həyatlarının 10 saatını sosial şəbəkədə keçirir

05.04.2019 14:52     Sosreaksiya     736

Moderator.az xəbər verir ki, ABŞ-da yerləşən Kibbitznest adlı kitab kafesində internet qadağan edilib. Burda nə telefon, nə də internet xidməti var. Burda böyüklər bir tərəfdə, uşaqlar isə digər tərəfdə vaxtlarını səmərəli keçirirlər. Düşünürlər ki, kafedə internetin olmaması insanların bir-biriylə ünsiyyət qurmasına daha yaxşı şərait yaradır. Amma bu cür kafelər çox azdır. 
 
Əslində kafelərdə sürətli internet bağlatısı olduğu üçün bir çox insanlar ofisdə və ya evində deyil, burda işləməyi üstün tuturlar. Onda da kafelər daha çox ofis xidmətinə keçmiş olur. Bu səbəbdən də Anna və Levis adlı şəxs açdıqları kafedə internet xidmətini tamamən ləğv ediblər. Bu isə müştərilər tərəfindən heç də birmənalı qarşılanmayıb. 
 
Bu tip kafelər artıq ABŞ-ın bir çox şəhərlərində açılmaqdadır. Gündəlik vaxtımızın çox hissəsini alan mobil cihazlar və sosial mediaya bir təpki olaraq bu cür xidmət açılıb. ABŞ-da aparılan bir araşdırmaya görə isə yeniyetmələr gündəlik həyatlarının 10 saatını telefon, kompüter və televiziyaya baxaraq keçirir.
 

Şərhlər