“WhatsApp”da yeni funksiya peyda olacaq

12.04.2019 12:42     Sosreaksiya     687

“WhatsApp” tərtibatçıları qrupu tərk etmədən kollektiv çatlardan gələn bildirişləri söndürməyə imkan verən yeni funksiyanın sınaqlarına başlayıb.

Bu barədə “9to5Google” portalı yazır.

Belə bir funksiyasının yaradılmasına əsas çoxsaylı şikayət və təkliflərin daxil olması olub. Belə istifadəçilər çoxsaylı qrup çatlardan zara gəlsələr də, qrupu tərk edə bilmirlər, çünki belə olan halda bütün iştirakçılar onların qrupdan çıxdığını görür.

“Arxiv çatlarının iqnoru” funksiyası hesabına istifadəçi artıq qupu tərk etmədən yeni ismarıcların olduğu barədə “bezdirici” bildirişlərdən qurtulmuş olacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar