BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi

23.04.2019 12:45     Sosreaksiya     582

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda ilk öncə deputat Azay Quliyev söz alıb BMT-də Azərbaycana qarşı təxribata əl atılmasından danışdı.

A.Quliyev bildirdi ki, BMT-nin üzvü olan hər bir ölkə bu quruma illik hesabat təqdim edir. “Təəssüflər olsun ki, bu dəfə Azərbaycana qarşı təxribata yol verilib. Belə ki, Ermənistan təqdim etdiyi hesabatda qondarma “dqr”-in hesabatını da əlavə edib. Bununla da BMT-nin insan haqları şurası öz nizamnaməsindən kənara çıxıb. Bu hesabat 6 dildə yayılıb. Bizim qurumlar məsələyə münasibətini bildirməlidir. Ermənistan indiyədək dəfələrlə Azərbaycana qarşı təxribatlara yol verib. Ancaq Ermənistanın budəfəki təxribatına BMT şərait yaradıb. Özü də “artsax” adı ilə təqdim olunub”. A.Quliyev məsələyə ciddi reaksiya verilməsini zəruri saydı: “Bizim BMT-dəki səlahiyyətli nümayəndəmiz məsələyə müdaxilə etməli və həmin qondarma, qanunsuz hesabat BMT-nin saytından çıxarılmalıdır”.

Reaksiya.az

Şərhlər