Kəsilən 35 illik ağacların yerində yeniləri əkildi

07.05.2019 13:11     Sosreaksiya     716

Xətaidə bir gecədə kəsilən 130 ağacın yerinə əhalinin tələbi ilə ağac və qızılgül kolları əkilib.

Bina sakinlərinin verdiyi məlumata görə, etiraz edən sakinlər ağacların kəsilmə ehtimalını nəzərə alaraq gecəni parkda keçirib.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Xatırladaq ki, 5 may tarixində Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında vaxtilə sakinlərin saldğı bağdakı 35 illik ağaclar bir gecənin içində kəsilib, bəziləri kökündən çıxarılıb.

Torpaq mülkiyyətçisi tərəfindən yaşıllıq ərazidə 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

Reaksiya.az

 

Şərhlər