Elmar Vəliyev haqqında ilginc gəlişmə: Keçmiş başçı bu dəfə həkimləri heyrətləndirdi...

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı mötəbər mənbələrdən Moderator.az-a məlumat daxil olub. 

 
Bildirlir ki, ötən ilin 3 iyulunda sui-qəsd zamanı başından aldığı zərbə nəticəsində ağır xəsarət alan keçmiş başçının sağlıq durumu tamam normallaşıb və istər yaddaşı, istər həyat qabiliyyəti 95 faiz bərpa olunub. 
 
Bildirilir ki, ötən il Türkiyədən olan məşhur həkimlər onun sağlamlığını bərpa etməsi üçün 1 illik müddət təyin etmələrinə baxmayaraq E. Vəliyev bu prosesi 1 ay tez, yəni 11 aya bərpa edib. Bu həkimlərin bir neçə gün öncəki təkrar müəyinəsinin nəticəsində bəlli olub. 
 
Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə təkrar Türkiyədə müayinələrdən keçəndən sonra E. Vəliyevin tamamilə sağaldığı barədə cəmiyyətə müfəssəl informasiya veriləcək, hətta ola bilsin ki, keçmiş başçı iddiaların təsdiqi kimi hansısa media orqanına video-müsahibə də versin.
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar