"Virtual mübarizə" də gənclərin rolu

15.07.2019 12:14     Sosreaksiya     744

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019– cu il üçün elan etdiyi I qrant müsabiqəsində “"Virtual mübarizə" mövzusunda tədbirlərin təşkili layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi (BİRA) layihənin icrası ilə əlaqədar olaraq  növbəti tədbirini 12 iyul da keçirdib.

 Bu gün Azərbaycan ərazilərinə qarşı təkcə işğalçılıq müharibəsi aparılmır. Ölkəmizə sosial şəbəkələr vasitəsilə də də kifayət qədər informasiya müharibəsi aparılır və kimin ağlına nə gəldi düzə-yalana baxmadan yayımlayır. Belə olan halda hər bir azərbaycanlıyam deyənin aktivliyi, yayılan informasiyalara münasibət bildirməyi olduqca böyük önəm daşıyır. 

***                       

Tədbirdə iştirak edənlər bu gün sosial şəbəkələr vasitəsi ilə Azərbaycan həqiqətlərinin necə dünyaya çatdırılmasını müzakirə etdilər.  ‘’Virtual mübarizə’’ simvolik adı altında bu gün dünyada odlu silahdan da təhlükəli və effektiv olan informasiya müharibəsinin ərazi bütövlüyünün 20 % təcavüzkar Ermənistan tərəfindən işğal olunan Azərbaycan üçün vacibliyini çatdıraraq, sosial şəbəkələrdə informasiya müharibəsinə yönəlmiş prosesslərdə gənclərin  rolunu və fəal iştirakçılığının mühüm rolundan bəhs edilib, informasiya müharibəsində onların mövqeyinin və fəaliyyətinin nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdıraraq, gənclərimizi bu yöndə aktiv olmağa çağırdılar.

Dünyanın kiçik bir smartfon telefona sığdıgını düşünsək sosial şəbəkələrdən istifadə edən gənclərimiz bu yöndə diqqətli olmalı, ölkəmizin nüfuzuna xələl gətirəcək hər hansı bir məlumatı yaymaqla düşmənə köməklik etdiklərini bilməlidirlər.

Reaksiya.az

 

Şərhlər