Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub.

Təhsil Nazirliyindən  verilən məlumata görə, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabrın 10-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Zəruri sənədlər sırasına şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış və kadrlar uçotunun şəxsi vərəqəsi daxildir.

Qeyd edək ki, sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər