8 yaşlı uşağa zorla görün nə etdirdi - Azərbaycandakı olay HƏR KƏSİ ŞOKA SALACAQ

Sabirabad rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2003-cü il təvəllüdlü Əmir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Əmir Vəliyev (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) yaşadığı Sabirabad rayonunun Axısxa kəndində, həmkəndlisi olan 2010-cu il təvəllüdlü Vüsal Babayevə təcavüz edib.

Azyaşlını aldatdı

Belə ki, Əmir Vəliyev 17 oktyabr 2018-ci ildə, saat 16 radələrində yaşadığı Axısxa kəndində kəndarası yolda Vüsal Babayevi görüb. O, azyaşlıya göyərçin quşu verəcəyini vəd edərək aldadıb.

Bu yolla Əmir Vəliyev Vüsal Babayevi yaşadıqları evin yaxınlığından keçən su kanalının kənarına aparıb. Orada aşkar surətdə on dörd yaşına çatmayan və azyaşlı olan, bu səbəbdən də müqavimət göstərmək iqtidarında olmayan zərərçəkmişə təcavüz edib.

Əmir Vəliyev zorakılıq göstərək, Vüsal Babayevin əynində olan şalvarını soyundurub. Sonra o, azyaşlının başından əli ilə şillə vurub və onu yerə uzadıb.

Su kanalının kənarında intim əlaqə

Daha sonra Əmir Vəliyev Vüsal Babayevlə qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli hərəkətlər edib.

Bundan başqa, Əmir Bayramov orada Vüsal Babayevə “oral” sekslə məşğul olmağı tələb edib. Vüsal bundan imtina edəndə isə onu döyüb, sonda zorla istəyinə nail olub.

Tərbiyə müəssisəsi və 3 il cəza...

İstintaq orqanı tərəfindən Əmir Bayramovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmir Bayramovun törətdiyi əməl tam sübuta yetirilib. Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Əmir Bayramov yetkinlik yaşına çatmadğı üçün cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi barədə hökm verilib.

Şərti cəza tələbi...

Hökmdən narazı qalan Əmir Bayramovun vəkili apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin hadisəni törədən zaman yetkinlik yaşına çatmadığını əsas gətirib və barəsində təyin olunmuş hökmün dəyişdirilməsini istəyib. Vəkil müdafiə etdiyi şəxsə qarşı Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib.

Cəza yarıbayarıya azaldıldı

Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Əmir Bayramovun barəsində təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər