Bakıdakı uşaq bağçaları yoxlanılacaq - SƏRƏNCAM

10.09.2019 12:49     Sosreaksiya     746

Uşaq bağçalarında qışa hazırlıqla bağlı vəziyyət yoxlanılacaq.
 
Bu barədə Lent.az -a Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
 
Məlumatda qeyd olunub ki, paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində qışa hazırlığın, mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə icra başçısı sərəncam imzalayıb və komissiya yaradılıb.
 
Sərancama uyğun olaraq komissiya uşaq bağçalarına baxışlar keçirəcək, bağçaların binaları, dam örtüyü, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.
 
Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.
 

Şərhlər