Metroda "Wi-Fi" nə vaxt olacaq? - AÇIQLAMA

12.09.2019 16:26     Sosreaksiya     806

"Bakı Metropoliteni"nin stansiyalarında fiber optik şəbəkənin quraşdırılması prosesi sürətləndirilib.
 
Reaksiya.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakl Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.
 
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Fiber optik şəbəkə mertoda hərəkətin təşkili və daha təhlükəsiz idarə olunması ilə bağlıdır. Şəbəkənin çəkilməsi prosesi qurtardıqdan sonra stansiyalarda "Wi-Fi" quraşdlrıla bilər. Bu məsələdə biz özümüz də maraqlıyıq. Amma prosesin yekunlaşacağı tarixi dəqiq deyə bilmərik".
 

Reaksiya.az

Şərhlər