Azərbaycanlı şagird Çin dili üzrə qalib oldu - FOTOLAR

26.10.2019 22:34     Sosreaksiya     1666

“Çin dilini öyrən və öz gələcəyini qur” devizi altında növbəti “Çin dili” körpüsü müsabiqəsi”nin qalıbləri hazırda Çində dünya birinciliyi uğrunda yarışırlar. Artıq Azərbaycanda illərdir fəaliyyət göstərən Konfutsi mərkəzləri bizim məktəblilərin də bu layihədə iştirakını təmin edir. 2019 –cu ildə iştiraka qatılan 105 şagird arasında Azərbaycanı təmsil edən Əsgərova Xədicə də birincilər arasındadır. Bu ilin may ayında Azərbaycan Dillər Unversitetində 3 mərhələ üzrə həyata keçirilən seçim turunda Qiymətləndirilmə zamanı Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun şagirdi Əsgərova Xədicə I yerə layiq görülüb. Məktəblilərin çıxışları Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Iştirak edən ölkələrin seçim turlarının qalibləri finalda iştirak etmək üçün “Çin körpüsü 12” yarışmasına Çinə dəvət olunublar. Hazırda Çində səfərdə olan şagirdələr layihənin proqramına uyğun müsabiqəni davam etdirirlər. Bu yarış formalarından biri Konfutsi mərkəzinin saytında yaradılmış səhifədə ( http://bridge.chinese.cn/s12/vote/vote.php ) ölkə təmsilçilərinə səs verməklə aparılır. Dəstək olmaq üçün hər kəs gün ərzində 5 səs vermək imkanına malikdir.
Tədbirin mövzüları: çin dilində - “Çin dilini öyrən və öz gələcəyini qur”
Tədbirin məqsədi – gənc tələbələr arasında çin dilini öyrənmək üçün platforma
yaratmaq, qarşılıqlı təhsil və ünsiyyət, çin dilini öyrənmək təşəbbüsünü stimullaşdırmaq, bütün dünya gənclərinin dostluğuna dəstək olmaqdır.
Xədicə və Konfutsi institunun Bakı Dövlət Universitetində fəaliyyət göstərən
kursunun çinli rəhbəri, xanim Luo

Reaksiya.az

Şərhlər