Azərbaycan-Rusiya sərhədindəki körpü nə vaxt açılır?

22.11.2019 13:16     Sosreaksiya     732

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərindən keçən avtomobil körpüsünün istismara verilməsi bu ilin dekabr ayının ortalarına planlaşdırılır.

Axar.az xəbər verir ki, bunu Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin “Moskva-Bakı” portalına müsahibəsində deyib.

“Vurğulamaq istərdim ki, bu gün sərhədin hər iki tərəfində problemlərin həllinə diqqət yetirməliyik. Bunun üçün sərhəd infrastrukturunun inkişafı üzrə Rusiya-Azərbaycan birgə işçi qrupu yaradılıb. Yaraq-Kazmalyar buraxılış məntəqələrinin yaxınlığında, Samur çayı üzərindəki avtomobil körpüsü bu problemin həllinə kömək edəcək”, - nazir bildirib.

Qeyd edək ki, Samur çayı üzərindən körpünün inşası layihəsi Rusiya və Azərbaycan hökumətləri arasında 2013-cü ilin avqustunda imzalanmış müqavilə çərçivəsində həyata keçirilir. Yeni körpü 1957-ci ildə tikilən körpünü əvəz edəcək. Uzunluğu 325.3 m, eni 17.5 m olacaq layihənin dəyəri 36.5 milyon manatdır (təxminən 21.5 milyon dollar). Rusiya və Azərbaycan tikintini bərabər şəkildə maliyyələşdirirlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar