Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və birinci müavini saxlanılıb - Səbəb bəlli oldu - VİDEO

19.12.2019 13:53     Sosreaksiya     2171

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.

Hər iki şəxs ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Reaksiya.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.
 
Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.
 
Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.
 

Qeyd edək ki, N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vəzifə tutur.

Xatırladaq ki, N. Quliyev bu ilin aprel ayında Goranboy İcra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyin edilmişdi.

Reaksiya.az

Şərhlər