Daha bir sensasiya: YAP-ın namizədi həbs edildi

19.12.2019 14:52     Sosreaksiya     2082

Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.

Reaksiya.az Report-a istinadla xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

F.Ağayev həm də dekabrın 23-də keçiriləcək bələdiyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə üzvlüyünə namizəddir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar