Azadlığa gedən yolun zirvəsi

18.01.2020 14:48     Sosreaksiya     1621

16 yanvar tarixində Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi Ülkər Mirzəyevanın təşkilatçılığı ilə 4a2 sinfinin təqdimatında Qanlı Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş “Azadlığa gedən yolun zirvəsi “ adlı tədbir keçirildi.

Tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra həmin gecə qəhrəmancasına şəhid olan vətən oğulları və qızlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbir zamanı şagirdlər faciə haqqında tarixi faktlara əsaslanan məlumatlarverdikdən sonra şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa etdilər.
Şagirdlər tərəfindən 20 yanvar faciəsinin qanlı yaddaşımız olmaqla yanaşı, həm də qəhrəmanlıq nümunəsi, müstəqilliyə, azadlığa gedən yolun zirvəsi olduğu bildirildi. Onlar çıxışları ilə bir daha sübut etdilər ki, şəhidlər unudulmazdırlar və ölümə gedən yollar onları ölməzliyə-əbədiyyətə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Bu, şərəfli bir  tarixdir. Tarix isə onu unudanları heç vaxt bağışlamır.
 
Tədbirin sonunda 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilən, Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərliyi ilə uğurlu əməliyyatlar keçirən , elə həmin il Ağdərə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olan Azərbaycanın Milli Qəhrəmanı Şikarov Şikarın adını daşıyan nəvəsi Şikar Şikar Azərbaycan bayrağı ilə səhnəyə çıxaraq həqiqətən də şəhidlərin illər keçdikcə dəyişən nəsil üçün nümunəvi vətənpərvərlik məktəbi olduğunu bildirdi. 
Liseyin direktoru Zülfiyyə Veysova və direktor müavinləri də sonda çıxış edərək bugünkü müstəqil, qüdrətli Azərbaycanın şəhidlərimizin, canlarını qurban vermiş insanların xalqımıza bəxş etdiyi ən böyük sərvəti olduğunu , onların xatirəsini həmişə qəlbimizdə yaşatmağa borclu olduğumuzu bildirdilər.
 
Reaksiya. az

Şərhlər