42 nəfər saxlanıldı - Rəsmi

18.01.2020 17:44     Sosreaksiya     1517

Ötən gün törədilmiş 35 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş dörd ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Reaksiya.az

Şərhlər