Qazaxıstan sərhədçiləri 4 azərbaycanlını saxladı

22.01.2020 15:00     Sosreaksiya     3404

Qazaxıstan Sərhəd Xidməti ötən gün axşam Xəzərdə dəniz sərhədini pozan 4 Azərbaycan vətəndaşını saxlayıb.

Report xəbər verir ki, “Sərbaz” sərhədçi gəmisi tərəfindən aşkarlanan kiçik gəmi göndərilən sorğulara cavab verməyərək qaçmağa cəhd göstərsə də, təqib edilərək saxlanılıb.

Saxlanılan şəxslər barəsində dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmək maddəsi ilə istintaqa başlanılıb.

Reaksiya.az

Şərhlər