Səfir: “Çində karantin bölgəsindəki azərbaycanlılar Türkiyəyə gətiriləcək"

30.01.2020 13:04     Sosreaksiya     3045

"Azərbaycan tərəfinin istəyi ilə Çində koronavirusun qeydə alındığı bölgədə yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları ilə birgə təxliyə ediləcək".

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, koronavirus təhlükəsinə görə Türkiyə 35 vətəndaşını Çindən təxliyə edəcək: "Çində olan vətəndaşlarımız üçün təyyarə göndərilməsi planlaşdırılır. Bizdə olan məlumata görə, Çində karantin bölgəsində yaşayan 7 nəfər azərbaycanlı da Türkiyə vətəndaşları ilə birgə Türkiyəyə gətiriləcək və daha sonra lazımi tədbirlər görüləcək”.

Reaksiya.az

Şərhlər