Konstitusiya Məhkəməsi seçki nəticələrinə “HƏ” dedi

05.03.2020 12:52     Sosreaksiya     5673

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclasında qərar çıxarılıb. 

Oxu.Az-ın məlumatına görə, qərara görə, parlament seçkilərinin nəticələri təsdiqlənib. 

Qeyd edək ki, qanunvericiliyə görə, qərardan sonra bir həftə müddətində yeni çağırış Milli Məclisin ilk iclası keçirilməlidir.

Xatırladaq ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib. 

Seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb. 

Reaksiya.az

Şərhlər