Dağlıq Qarabağda daha bir Ermənistan hərbçisi öldü

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Taron Poqsoyan ölüb.


“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, onun hansı şəraitdə öldüyü məlum deyil.

1988-ci ildə anadan olan Taron Poqosyanın minaya düşərək öldüyü iddia olunur.

O, orduda müqavilə əsasında xidmət edirmiş.

Ermənistanın İstintaq Komitəsi mayor Taron Poqosyan ölümü ilə bağlı cinayət işi başlayıb.

Bildirilib ki, faktla bağlı səhlənkarlıq maddəsi üzrə cinayət işi başlanıb.

Hadisə hərbi hissədə mühəndislik işləri görülən zaman baş verib.

Reaksiya.az

 

Advertisement Banner

Şərhlər