Sumqayıta yeni hərbi prokuror təyin edildi

07.05.2020 16:58     Sosreaksiya     4458

Ədliyyə mayoru Şahverdiyev Raul Sabir oğlu Sumqayıt hərbi prokuroru vəzifəsinə təyin edilib.

Reaksiya.az-ın xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Faktı Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiqləyib.

Reaksiya.az

Şərhlər