Siyavuş Novruzov: "Surət Hüseynov dar ağacından asacaqdı..."

Komitə sədri Siyavuş Novruzov Milli Məclisin iclasında çıxış edərək 4 iyun qiyamı ətrafında gedən müzakirələrə münasibət bildirdi: "Daxili Qoşunların komandiri Surət Hüseynovun əsirliyində idi. Surət Hüseynov baş prokurora həyət süpürtdürürdü kazarmanın həyətində, biz Gəncədə bunun şahidi olmuşuq. Surət Hüseynov Əli Kərimlini, İsa Qəmbəri dar ağacından asacaqdı. Heydər Əliyev onları xilas etdi. İki il Kələkidə gizlənən Əli Kərimli indi qəhrəman kimi danışır, demokrat donu geyinib ortaya düşüblər. Tarixi saxtalaşdıranlara qarşı mübarizə aparmalıyıq. Tarix gələcək nəsillər üçün ibrət dərsi olmalıdır". 

Reaksiya.az

Advertisement Banner

Şərhlər