Simptomsuz xəstələrdən koronavirusa yoluxa bilərik? - ÜST ekspertindən AÇIQLAMA

09.06.2020 13:15     Sosreaksiya     780

Koronavirusa yoluxmuş, lakin xəstəliyin simptomlarının üzə çıxmadığı şəxslərdən virusa yoluxma riski realdırmı?

“HaberGlobal”ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bu məsələyə aydınlıq gətirib.

“Hələlik pandemiya bitməkdən çox uzaq vəziyyətdədir. Simptomsuz xəstələrdən COVID-19-a yoluxma hallarına çox nadir rast gəlinir”, - deyə M.Kerkhove bildirib.

Reaksiya.az

Şərhlər